Cerom Devid Selincer ”Çovdarlıqda uçurumdan qoruyan”

İnsanı inqilaba sürükləyən roman…

загруженное (3)

”Çovdarlıqda uçurumdan qoruyan” romanı amerikalı yazar Cerom Devid Selincer tətəfindən yazılmışdır.

Romanda əsas qəhrəman yeniyetmə Holdenin dili ilə müllif öz dövrünün Amerikasında, geniş mənada bütün dünyada gedən proseslərə öz fikrini bildirir. Əsərdə açıq formada XX əsrin ortalarındakı amerikan həqiqətlərinin kəskin tənqidi, insanların ikiüzlülüyü, dinin lazımsız steorotipləri tənqid olunur. Bir çoxumuzun içindən gələn, lakin bunu dilə gətirməyə bilmədiyimiz fikirlər romanın hər sətrində insanı sanki “partlayış”a, inqilaba çağırır. Maraqlı olan da budur ki, müəllif bütün bunları 16 yaşlı bir yeniyetmənin dilində mükəmməlliklə ifadə edə bilir. Əsərdə istifadə olunan geniş vulqarizmə, insanlardakı “mənfi” təsirinə görə əsər uzun müddət qadağan edilməsinə baxmayaraq dünayada ən çox oxunan kitablardan biri ola bilmişdir. Roman nəşr edildiyi gündən əksər amerikan gənclərinin sevimli kitabına çevrilmişdir. Hətta əsərin təsirindən intihar edən bir neçə gənc belə olmuşdur. Hətta ABŞ Prezidenti Ronald Reyqana sui-qəsd etmiş Con Hinklin sui-qəsdən əvvəl bu romanı oxumuşdur. Con Lennonanın qatili Mark Çepmenin də üzərindən Devid Selincerin bu romanı tapılmışdır.

Düzdür Azərbaycan dilində olan tərcümə müəllifin ustalığını qismən gizlətsə də, fikrimcə, oxumağa dəyər kitabdır.

Əsərdən hissələr :

***

– Həyat, həqiqətən də, bir oyundur, oğul. Elə bir oyundur ki, gərək, onun qaydalarına tabe olasan.
– Bəli, ser. Mən də bilirəm. Bilirəm ki, belədir.   Söz tapıblar da. Oyundur. Yox bir… Yenə güclü olan tərəfə düşsən,  bir təhri var, onda, doğrudan da, deyərsən ki, oyundur, mən razı. Bəlkə, o biri, zəif tərəfə düşdün, bəs onda necə olsun? Onda it də getdi, ip də.

***

Camaata həmişə  elə gəlir ki,  hər şeyi düz bilirlər. Bu, mənim vecimə də deyil, ancaq onlar mənə:  “Yekə oğlansan, uşaqlıq eləmə,” – deyəndə xətrimə dəyir. Bəzən isə özüm qəsdən yaşımdan böyük görünmək istəyirəm, – ciddi sözümdü, – amma nədənsə heç kəsin gözü bunu görmür. Bu camaat heç vaxt yaxşı şeyi görmək istəmir.

***

– Doğrudanmı, sən öz  gələcəyin  barədə  heç  nə fikirləşmirsən?
– Niyə ki aradabir fikirləşirəm. Əlbəttə, fikirləşirəm. – Bir anlığa bu barədə fikrə getdim. – Ancaq o qədər yox. O qədər də yox,  məncə.
– Fikirləşəcəksən! – Qoca Spenser hökm verdi. –Hökmən, fikirləşəcəksən.  Ancaq onda çox gec olacaq.

***

Yaman yalançıyam. Ömrümdə mənim kimisinə rast gəlməzsiniz. Təhərsiz yalançı. Məsələn, qəzet köşkünə qəzet-zad almağa gedəndə soruşsalar ki, hara gedirsən, bir də gördün, qayıtdım ki, operaya.

***

Mənə  ən çox təsir edən kitab o kitabdır ki, onu oxuyub qurtarandan sonra  ürəyində  deyəsən  ki, kaş  bunu  yazan  mənim  çox yaxın dostum olaydı, kefim istəyəndə telefonu götürüb ona zəng vura biləydim.

***

Ona görə Stredleyterdən xoşun gəlmir ki, o sənə həmişə «heç olmasa bu dişlərini arada bir yu» deyir. Özü də bunu sənə sataşmaq üçün demir.

***

Gədə elə bir adam idi, şayət dənizdə boğulsaydı və sən də bir qayıq götürüb onu sudan çıxarmaq istəsəydin, yenə də yanındakı qayıqçının kim olduğunu soruşub bilməmiş o qayığa qalxmazdı.

***

Dedim ki, əyyaşın, pozğunun birisən, girinə kim keçsə, buraxan deyilsən. Yaxşı qızdır, pis qızdır, vecinə də deyil. Çünki gönün qalındı, qanmazın, heyvanın yekəsisən. Ona heyvan deyəndə yaman əsəbiləşirdi. Qanmazların hamısı belədir, onlara  qanmaz deyəndə özlərindən çıxırlar.

***

İndi on yaşı var, xeyli böyüyüb, amma yenə də hamının sevimlisidir, əlbəttə, mən ağıllı adamları nəzərdə tuturam.

***

Qızların hamısı belədir, onlardan baş çıxarmaq olmur. Hər dəfə elə bir qəşəng hərəkət eləyirlər ki, sir-sifətdən eybəcər, başdan bir az xarab olsalar da, az qalırsan, onlara eşq elan eləyəsən.

***

Hətta bir dəfə az qalmışdı qısametrajlı filmə də çəkiləm, amma son anda razılıq vermədim. Fikirləşdim ki, əgər mənim qədər kinoya nifrət eləyən bir adam da kinoya çəkilməyə razılıq verərsə, dünyada bundan eybəcər ikiüzlülük olmaz.

***

Ceynlə  bir yerdə olanda əlimin   tərləyib-tərləməməyi də vecimə deyildi. Bir onu bilirdim ki, xoşbəxtəm. Xoşbəxtəm, vəssalam.

***

Soyuq olmağına soyuq deyildi, ancaq   hələ də gün çıxmamışdı və ətrafda qar üstündə it-pişik izlərindən, tüpürcək lopalarından və siqaret kötüklərindən başqa heç nə gözə dəymirdi.

***

Elə şeylər var ki, onlar necə var, elə qalsa, yaxşıdır. Onları da iri bir şüşə vitrinə qoyub birdəfəlik olduğu kimi saxlasaydılar, çox yaxşı olardı. Özüm də bilirəm, bu mümkün olan iş deyil, amma elə bədbəxtçilik də bundadır.

***

Guya, qızlar görüşə gecikəndə tində gözləyən oğlanlar qəzəbdən dil-dodaqlarını gəmirirlər, onlara inanmayın, başdan-ayağa cəfəngiyatdır. Əgər qız qəşəngdirsə, o gəlib çıxandan sonra gecikdiyi kimin yadına düşür? Heç  kimin.

***

Məsələ ondadır ki, bu qızların bir  oğlan  xoşuna gəldi, qurtardı getdi, istəyir o milyon qat əclaf olsun, yenə də deyəcəklər ki, onda utancaqlıq kompleksi var. Yox, əgər xoşları gəlmirsə, o oğlan nə qədər yaxşı, nə qədər utancaq olsa da, dəxli yoxdur, yenə  də  deyəcəklər  ki, ondan  yekəxanası  .yoxdur. Hətta   ağıllı qızlar da belədir.

***

Bu savadlıların hamısı belədir. Kefləri olmayanda, adamla bir kəlmə də ciddi şeydən söhbət eləmək istəməzlər.

***

Ancaq hələ də ümidvaram ki, mən öləndə, ağıllı bir adam tapılacaq və mənim cəsədimi götürüb, çaya-zada tullayacaq. Hara  olur-olsun,  yalnız bu andıra  qalmış  qəbiristanlıqdan başqa. Yoxsa,  sənin qarnının üstünə gül-çiçək qoymaq üçün hər bazar tökülüb bura gələcəklər. Cəfəng-cəfəng şeylər danışacaqlar. Öləndən sonra gül-çiçək kimin nəyinə lazımdır? Heç  kimin.

***

– Alli ölüb, sən elə həmişə belə eləyirsən! Əgər biri ölübsə və onun ruhu indi orada, göylərdədirsə, onu necə sevmək olar?
– Mən də bilirəm ki, ölüb. Elə bilirsən bilmirəm? Nə olsun, mən yenə onu sevirəm! Demək, biri ölübsə, daha onu sevmək lazım deyil, hə? Axı, lənət şeytana, əgər bu ölən sən tanıyan sağlardan min qat yaxşı olubsa, onda necə,  hə?

***

Fikirləşdim   ki,  yeməyimi də  özüm bişirəcəm və hətta sonralar,  birdən evlənmək fikrinə-zadına düşsəm, yəni təsadüfən gözəl bir lal-kar qıza rast gəlib evlənəsi olsam da, dəxli yoxdur, öz yeməyimi yenə də özüm   bişirəcəm.

***

Belə bir qayda qoyacaqdım: mənim evimdə heç kəs saxta, qəlp işlə məşğul ola bilməz. Kim ki azacıq da olsa riyakarlıq, saxtakarlıq eləməyə başladı, ona dərhal qapını göstərəcəkdim.

***

Çoxları, illah da burada bir psixoanalist həkim var, o, məndən soruşur ki, sentyabrda məktəbə gedəndə dərslərimi canla-başla oxuyacağammı? Məncə, çox sarsaq sualdır.

***

Məndən sizə məsləhət, heç kimdən heç kimə heç nə danışmayın.Yoxsa, sonra siz də mənim kimi o, adamlar üçün darıxacaqsınız.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s